Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "İnter" klubu İtaliya A Seriyasında XV turun oyununa çıxıb.
AZXEBER.COM-un məlumatına görə, Milan təmsilçisi doğma meydanda "Palermo" klubu ilə qarşılaşıb.
Görüş "İnter"in qələbəsi ilə başa çatıb. Matçın taleyini bir qol həll edib. Santyaqo Qarsiyanın matçın 74-cü dəqiqəsində vurduğu avtoqol meydan sahiblərinə qələbə qazandırıb.
Qeyd edək ki, "İnter" 15 turdan sonra 31 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.