Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start veriləcək.
AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz Bakının "Neftçi" klubu bu gün üçüncü matçına çıxacaq.
Son Azərbaycan çempionu səfərdə "Rubin" (Kazan, Rusiya) klubunun qonağı olacaq. Keçirdiyi iki oyundan cəmi 1 xal toplayan Böyükağa Hacıyevin komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun noyabrın 8-də, Bakıda keçiriləcək.
25 oktyabr
H qrupu21:00. "Rubin" (Kazan, Rusiya) - "Neftçi" (AZƏRBAYCAN)
22:00. "İnter" (İtaliya) - "Partizan" (Serbiya)