“Neftçi” – “Xəzər Lənkəran” oyunundan sonra, baş hakim Əliyar Ağayevin “Neftçi”yə “kömək” etməsi ilə bağlı ictimaiyyətə xəbərlər yayılıb.
AZXEBER.COM-un məlumatına görə, “Neftçi” klubunun saytında bu şaiyələrə etiraz olaraq “Qarşılaşmanı canlı izləyən futbolsevərlər və televiziya tamaşaçıları bu şaiyənin həqiqətə uyğun olmadığını gördü. Matçın 17-ci dəqiqəsində rəqib futbolçu İ.Mitreskiyə qəsdən zərbə endirir. Bu epizodun təkrarından da açıq-aydın görünür. Bununla belə baş hakim Əliyar Ağayev vərəqə göstərməyə ehtiyac duymur. 28-ci dəqiqədə Rail Məlikova qarşı kobudluq edən Sadio Tounkara daha sonra baş hakimə əl-qol ataraq etiraz edir. Amma Əlyar Ağayev bu dəfə də futbolçunu cəzalandırmır. Oxşar hallar 42, 72, 76 və 85-ci dəqiqələrdə də təkrarlanır. Belə olan halda Əliyar Ağayevin “Neftçi”yə hansı köməyindən danışmaq olar. Aşağıdakı videoda sadaladığımız vəziyyətləri əyani görmək olar” fikirlər bildirilib.
Ozal İbrahimli