Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Oruba" ilə yoxlama oyunu ləğv edilib.
AZXEBER.COM Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bua rəqibin matçdan imtina etməsi səbəb olub.
Əvəzində "Neftçi” ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyənin "Alanyaspor” (3:1), "Sivasspor” (2:1) və "Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış komanda toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.