''Neftçi''nin start heyəti bəlli oldu

İDMAN
21:31 20.09.2012
1226

Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.

AZXEBER.COM-un məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan Bakının "Neftçi"klubu tarixi ərzində ilk dəfə qrup mərhələsinin oyununa çıxacaq.

Böyükağa Hacıyevin komandası Serbiyada "Partizan"ın qonağı olacaq. Son Azərbaycan çempionunu səfərdə bir xal da qane edəcək. Lakin "Partizan"ın buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur.

Qrupun digər oyunu isə İtaliyada baş tutacaq. Burada yerli "İnter" klubu Rusiyanın "Rubin" (Kazan) komandasını sınağa çəkəcək. Milan təmsilçisi Bakı vaxtı ilə saat 00:05-də başlayacaq görüşün əsas favoriti hesab olunur.

Qeyd edək ki, Avropa Liqasında növbəti oyunlar oktyabrın 4-də keçiriləcək.

20 sentyabr

Avropa Liqasında qrup mərhələsinin oyunları

H qrupu

00:05. "Partizan" (Serbiya) - "Neftçi" (AZƏRBAYCAN)

Hakimlər:Libor Kovarik, Patrik Filipek, Jiri Molaçek (hamısı Çexiya)Belqrad. Partizan stadionu"Neftçi":Saşa Stamenkoviç, İqor Mitreski, Tərlan Quliyev, Bruno Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov (k), Erik Ramos, Flavinyo, Julius Vobay, Cavid İmamverdiyev, Nikolas Kanales

00:05. "İnter" (İtaliya) - "Rubin" (Rusiya)

OXŞAR XƏBƏRLƏR