"Neftçi"nin yeni prezidenti bəlli oldu

"Neftçi"nin yeni prezidenti bəlli oldu
İDMAN
13:42 16.02.2018
2002

"Neftçi”nin prezidenti Orxan Hüseynzadənin istefasının təfərrüatları məlum olub.

 

Apasport.az saytının əldə etdiyi məlumata görə, 42 yaşlı futbol funksionerinin paytaxt kubundan gedişini SOCAR istəyib.

 

Hüseynzadənin "ağ-qaralar”dakı işi klubun təsisçisini qane etməyib. Buna görə də, onun "Neftçi”dən uzaqlaşdırılmasına qərar verilib.

 

Hüseynzadəni bu postda əvəzləyəcək şəxs də artıq məlumdu. Belə ki, bu gün "Sumqayıt”ın prezidenti vəzifəsindən istefa verən Kamran Quliyev bundan sonra "Neftçi”də eyni işi görəcək.

 

Onun "gənclik şəhəri” təmsilçisindən ayrılması da məhz bununla bağlıdı.

OXŞAR XƏBƏRLƏR