"Neftçi"nin transfer bazarında fəallığı davam edir.
AZXEBER.COM "Sportinfo"ya istinadla xəbər verir ki, "ağ-qaralar"a təklif olunan oyunçuların siyahısı genişdir.
Amma baş məşqçi Samir Abasovun israrla sərəncamında görmək istədiyi adlar elə də çox deyil.
Onlardan birinin kimliyi artıq məlum olub.
O, Kennedi Boatinqdir.
28 yaşlı legioner hazırda Rumıniyanın "Dinamo" klubuna məxsusdur.