Dünya bazarında"Brent" markalı xam neftin qiyməti 7 ayın ən aşağı həddinə düşüb. "Report"un xarici mediaya istinadən verdiyi məlumata görə, hazırda birjalarda"Brent" markalı neftin bir barelinin qiyməti 46,57 dollara bərabərdir.
Bugöstərici 2015-ci il yanvarın 14-dən sonra ilk dəfəqeydə alınır. Həmin vaxt "Brent" markalı neftin dəyəri 45,56 dollar olub.
Məlumata görə, neftin belə ucuzlaşmasının səbəbi Federal Ehtiyat Sisteminin (FED) ötən gün ABŞ-ın iqtisadi şərtlərinin dollarınuçot dərəcəsinin artması ehtimallarınacavab verməməsini deməsi və Çin iqtisadiyyatı ilə bağlı narahatlığını açıqlaması ilə bağlıdır.