Neftin qiyməti düşür: bəs Azərbaycanda benzinin qiyməti niyə ucuzlaşmır? – EKSPERT RƏYİ

Neftin qiyməti düşür: bəs Azərbaycanda benzinin qiyməti niyə ucuzlaşmır? – EKSPERT RƏYİ
İQTİSADİYYAT
17:50 25.08.2015
4880

Natiq Cəfərli: “Xaricdən idxal olunan Aİ 95 və Aİ 98 markalı benzin qonşu ölkələrdə Azərbaycandan dəfələrlə ucuzdur”

Dünya bazarında neftin ucuzlaşması bir çox ölkələrdə, son olaraq isə qonşu Gürcüstanda yanacağın da ucuzlaşmasına səbəb oldu. Lakin Azərbaycanda hələ ki, benzinin ucuzlaşması nəinki nəzərdə tutulmur, bu haqda müzakirə belə, getmir. Neftin bahalaşmasını əsas gətirərək, benzinin qiymətini qaldıran hökumət indi neftin 3 dəfədən çox ucuzlaşmasını nəzərə alaraq, yanacağın qiymətini azaltmır.
Bəs, görəsən bu durum nədən qaynaqlanır? Neftin hazırki qiyməti ilə müqayisə etsək, Azərbaycanda yanacaq nə qədər ucuzlaşa bilər? Bu ucuzlaşma ölkə iqtisadiyyatının hansı sahələrində bahalaşma prosesini səngidər?
AZXEBER.COM xəbər verir ki, musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, benzinin qiymətində heç bir dəyişikliyin müşahidə olunmaması hökumətin birtərəfli siyasətindən xəbər verir:
“Bu, hökumətin davamlı siyasət yürütməməsini göstərən bir amildir. Çünki vaxtilə Tarif Şurası benzinin bahalaşması ilə bağlı qərar verərkən dünya bazarında neftin ucuzlaşmasını əsas göstərmişdi. Dünya bazarında neftin bahalaşması fonunda Azərbaycanda da benzinin qiymətinin artmasının qaçılmaz olduğu haqqında qərar verilmişdi. Neftin qiyməti 120 dollar civarında olduğu vaxtlarda benzinin qiyməti qaldırıldı. Belə bir bəyanat da olmuşdu ki, “premium” markalı benzin bazarda sərbəst buraxılır və qiymətlər dünya bazarındakı qiymətlərə uyğun olaraq dəyişəcək. Ancaq o vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq, nə “premium” markalı benzinin qiymətində, nə hökumətin tənzimlədiyi “Aİ 92” markalı benzinin, nə də dizelin qiymətində bir dəyişiklik oldu.
Ancaq bu, düzgün qiymət siyasəti deyil. O zamandan bəri dünya bazarında neftin qiyməti 2 dəfədən çox aşağı düşüb. Əgər o zaman benzinin bahalaşması dünya bazarında gedən proseslərlə əsaslandırılırdısa, indi də dünya bazarında neft ucuzlaşdığı üçün Tarif Şurası benzinin ucuzlaşması haqqında qərar verməlidir. Ancaq görünən odur ki, Azərbaycanda qiymət siyasəti birtərəfli qaydada gedir, yüksələn xətlə aparılır. Yəni cüzi bir əsas olan kimi qiymətlər qaldırılır, lakin aşağı endirilmir”.
Ekspertin sözlərinə görə, bazarın tənzimlədiyi “premium” markalı benzinin qiymətində də heç bir dəyişiklik müşahidə olunmur, halbuki qonşu ölkələrdə bu markalı benzin daha ucuz satılır:“Rəsmi açıqlamalara görə, “premium” markalı benzin xaricdən gətirilir. Əgər belədirsə, xarici ölkələrdə həmin markalı benzin Azərbaycanda olduğundan dəfələrlə ucuzdur. Xaricdən gətirilirsə, müvafiq olaraq bizdə də qiymət düşməli idi. Hazırki qiymət siyasətinin heç bir iqtisadi əsası yoxdur.
Hazırda müxəlif ölkələrdə benzinin qiyməti müxtəlifdir. Neft istehsalçısı olan ölkələrlə müqayisə etsək, Qazaxıstanda, Türkmənistanda, Özbəkistanda, o cümlədən, Rusiyada qiymətlər tamamilə fərqlidir, bizdə olduğundan çox ucuzdur. Rusiyada isə benzinin qiyməti tamamilə sərbəstdir, hökumətin heç bir müdaxiləsi yoxdur. Bu ölkədə benzinin qiymətini ancaq hüquqi şəxslər, kommersiya obyektləri bazar qiyməti ilə müəyyənləşdirirlər. Rusiyanın bəzi bölgələrində benzin daha ucuz, bəzilərində isə daha bahadır. Ancaq ən azından bazar qaydalarına uyğun olaraq, qiymətlər tənzimlənir. Qazaxıstanda, Türkmənistanda, Özbəkistanda isə benzinin qiyməti hökumət tərəfindən müəyyən edilir və Azərbaycandan xeyli dərəcədə ucuz qiymətlərlə satılır. Türkmənistanda benzinin qiyməti Azərbaycandan 3 dəfə ucuzdur.
ABŞ dünyanın ən böyük neft istehsalçısıdır, bu ölkə həm də ən çox neft istehlak edir. Bu ölkədə qiymətlərə nəzər salsaq, benzin qallonla ölçülür və təxminən 3,7 litr benzin 1 qallon hesablanır, bu da təqribən 2 dollar civarındadır. Bir litr benzinin qiyməti 50 sent edir, yəni təxminən 50 qəpik... Azərbaycanda isə “premium” markalı benzinin qiyməti 95 qəpikdir. Bu da onu göstərir ki, bizdə qiymətlər həddindən artıq yüksəkdir və Azərbaycanın neft ölkəsi olmasını da nəzərə alsaq, iqtisadi qanunlara ziddir”.
Natiq Cəfərlinin sözlərinə görə, əgər hökumət benzinin qiymətini ucuzlaşdırsa, bu, ərzaq bazarından tutmuş bir çox sahələrdə qiymətlərin ucuzlaşmasına təsir göstərə bilər:“Xüsusən də, kənd təsərrüfatı məhsulları hiss olunacaq dərəcədə ucuzlaşa bilər. Çünki bu məhsulların maya dəyərinin təqribən 30 faizi yanacağın qiyməti ilə müəyyənləşdirilir. Əgər yanacaq ucuzlaşsa, onda ərzaq məhsullarının ucuzlaşması da baş verə bilər. Lakin Azərbaycan bazarının spesifikasını da nəzərə alsaq, təkcə benzinin ucuzlaşması ciddi ucuzlaşma trendinin yaranmasına səbəb ola bilməz. Qiymətlərin bahalaşmasına səbəb olan digər amillər də aradan qaldırılmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"