Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,68 ABŞ dolları, yaxud 2,94 % artaraq 93,84 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Dünən "Brent" markalı neftin bir bareli 89,24 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.