Neftin ucuzlaşması davam edir

İQTİSADİYYAT
10:34 08.09.2015
1700
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,51 dollar və ya 3,27% ucuzlaşaraq 44.54 dollar təşkil edib."Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti isə 3,38% yaxud 1,68 dollar azalaraq 47,93 dollar/barel olub.Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,06 dollar yaxud 4,04% azalıb.hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,83 dollara düşüb.

OXŞAR XƏBƏRLƏR