Nəhəng asteroidin haradan keçəcəyi MƏLUM OLDU

MARAQLI
12:52 28.03.2023
293

Növbəti nəhəng asteroidin Yer və Ay orbitləri arasından heç bir zərər görmədən keçəcəyi gözlənilir.

AZXEBER.COM "BBC”yə istinadən xəbər verir ki, bir ay əvvəl kəşf edilən və 2023 DZ2 adlandırılan asteroidin diametri 40-90 metrdir. 

Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) bildirir ki, belə böyük asteroidin bu qədər yaxın keçidinə təxminən 10 ildə bir dəfə rast gəlinir.

Avropa Kosmik Agentliyinin planetlərin müdafiəsi departamentinin rəhbəri Riçard Moissl bildirib ki, asteroidin Yerlə toqquşması ehtimalı azdır.

2023 DZ2 asteroidi 2026-cı ildə yenidən Yerin yaxınlığından keçəcək.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR