Nəhəng hörümçək növü aşkarlanıb - FOTO

Nəhəng hörümçək növü aşkarlanıb - FOTO
DÜNYA
10:10 05.04.2013
1878
Şri Lankada yeni bir hörümçək növü aşkarlanıb. İnsan başı böyüklükdə olduğu bildirilən hörümçəyə “Poecilotheria rajeai” adı verilib. Pələng hörümçəklər ailəsinə mənsub olduğu bildirilən yeni növün ayaqları 20.5 cm-dir və üzərindəki rəngləri ilə oxşarlarından fərqlənir. Qarnında çəhrayı zolaq olan hörümçəyin ayaqlarında sarı və boz rəngli naxışlar var. Güclü zəhərə malik olan “Poecilotheria rajeai” ağaclarda yaşayır. Yeni növün “Qoliaf” adlı quşyeyən hörümçəkdən sonra 2-ci böyük hörümçək olduğu bildirilib. //anspress
OXŞAR XƏBƏRLƏR