Katarakt

Nənə əli öpən, dava edən, "kloun" yaradan, səs yazısı yayan namizədlər - Təbliğatda ən yaddaqalan 10 fakt

Seçki2020
12:13 07.02.2020
5853
Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatır.

Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Belə ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək. Həmin vaxtdan sonra təşviqat aparmaq qadağandır.
 
AZXEBER.COM mövzunun aktuallığını nəzərə alaraq 21 günlük təbliğat-təşviqat kampaniyasında önə çıxan 10 məqamı təqdim edir:
 
Bir çox namizədin yaşlı nənələrin əllərindən öpmələri

Bu seçkilərdə ən yaddaqalan məqam heç şübhəsiz ki, namizədlərin yaşlı insanlarla görüşləri və onların əllərindən öpmələri oldu. Bu hadisə sosial şəbəkələrdə ilk günlər çox böyük maraqla qarşılandı. Ancaq artan "əl öpmə aksiyaları" sosial şəbəkə istifadəçilərində də ironiya yaratdı və nəticədə son günlər namizədlər nənə əli öpməkdən vaz keçdilər.
 

 

Real və YAP namizədləri bir arada
 

Bu seçkidə daha bir ilk yaşandı. 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən deputatlığa namizəd REAL-çı Cavad Cavadov və YAP-çı Elnur Allahverdiyev bir araya gəldi. Onlar kimsəsiz qadınla bir yerdə baş çəkdilər. 



Yetim sözü ilə gündəmə gələn namizəd

Təbliğatın ilk günündə Sumqayıtdan olan namizəd Şərif Xasıyevin posteri gündəmə çevrildi. O "dadınıza yetim" şüarı ilə seçkiyə qatıldı. Yetim sözünün Sumqayıtda populyar olduğunu nəzərə alsaq, bu şüar kifayət qədər söz-söhbətə səbəb oldu. 
 

 

Rayonlarda seçicilərin bəzi deputatlara qarşı aqressiv münasibəti
 
Təbliğatın ilk günündən son gününə qədər bəzi deputatlara qarşı rayonlarda aqressiyanın şahidi olduq. Xüsusən, 10-15 il deputat olan şəxslər qınaq obyektinə çevrildi. 
 
Fəzail Ağamalı ilə Kamil Musəvi davası

Təbliğatın sonuna yaxın Salyandan namizəd Kamil Musəvi ilə deputat Fəzail Ağamalının qalmaqalı gündəmə çevrildi. Xüsusən, Kamilin "Qorxmayın b...t" sözləri xeyli müzakirə edildi. Fəzail Ağamalı isə ona olan hücumla bağlı müvafiq orqanlara müraciət etdi. 
 
 
MSK-nın Yavər Camalovun oğlunun namizədliyini ləğv etməsi
 
Bu hadisə çoxları üçün gözlənilməz oldu. Çünki Şirvan seçki dairəsindən deputatlığa ən real namizəd Rəşad Camalov idi. O ikili vətəndaş olduğu üçün MSK tərəfindən namizədliyi ləğv edildi. 

Fərəc Quliyevlə Mehman Hüseynovun söhbəti 

Blogger Mehman Hüseynov deputat Fərəc Quliyevlə aralarında olan söhbəti ictimailəşdirdi. Səs yazısında deputatın bloggerə müalicəsi üçün 15 min manat təklif etdiyi ortaya çıxdı. 
 
Zaur Darabzadənin seçki kampaniyası 
 
Səbail-Nəsimi seçki dairəsindən deputatlığa gənc namizəd Zaur Darabzadənin kampaniyası çox müsbət qarşılandı. Ən son texnologiyalardan istifadə edən Darabzadə seçiçilərinə müraciətində surdo-tərcümədən istifadə etdi. O, jest dili vasitəsilə eşitmə və danışma qabiliyyəti olmayan seçicilərinə mesajını verdi. Bu Azərbaycanda seçki tarixində ilk belə hal oldu. 



Rauf Arifoğlu ilə İqbal Ağazadənin mübarizəsi

Birmənalı şəkildə demək olar ki, ən qızğın seçki dairələrindən Xətai 35 saylı üçüncü seçki dairəsi oldu. Bu dairədən namizədlər Rauf Arifoğlu və İqbal Ağazadənin mübarizəsi sosial şəbəkələrin gündəmi oldu. İqbal Ağazadənin "klon namizəd" qalmaqalı da diqqətdən yayınmadı.
 
Erkin Qədirlinin qalmaqallı açıqlaması 
 
Deputatlığa namizəd Erkin Qədirlinin sosial şəbəkədə yazdığı status seçki dönəmində yaddaqalan olaylardan oldu. 
 
"16 saylı Yasamal seçki dairəsinin indiki durumu çox mənasızdır. Orada udmaq belə ayıbdır. Çox urvatsız qələbə olacaq, olacaqsa. 25 namizəd var, özümdən başqa heç kimi tanımıram. Heç özümü tanıdığıma da əmin deyiləm".
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:06 27.07.2021

Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi açıqlandı

17:57 27.07.2021

Təhsil tələbə kreditinin hansı bankların verəcəyi məlum oldu

17:45 27.07.2021

Polislərin toylara nəzarəti niyə artıb? - VİDEO

17:28 27.07.2021

Bank Respublika media nümayəndələri üçün Lənkəran rayonuna press-tur təşkil etdi - FOTOLAR

17:22 27.07.2021

"Aqroservis"dən mediatur: Müasir texnikalar, yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar nümayiş olunub

17:17 27.07.2021

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum oldu

16:50 27.07.2021

AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqladı

16:44 27.07.2021

Bakıda kişi "Maşın bazarı"nda özünü qumbara ilə partlatdı - 3 polis xəsarət aldı

16:37 27.07.2021

Azərbaycanda ata oğlunu zəncirlə ağaca bağlayaraq döydü

16:25 27.07.2021

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı bəyannaməsi”ni imzaladı

16:01 27.07.2021

Mustafa Şentop: "Bölgədə sülh üçün işlərimizi sürətləndirəcəyik"

15:42 27.07.2021

İlin sonuna qədər koronavirusdan qurtula bilərik - Azərbaycanlı həkim açıqladı

15:29 27.07.2021

Oqtay Şirəliyev vəzifəyə təyin olundu

15:23 27.07.2021

Gürcüstan yenidən qadağalara qayıdır: Sərhədlər bağlana bilər

15:12 27.07.2021

Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurdu

14:57 27.07.2021

BDU-da rektor müşavirini bıçaqlayan universitetin işçisidir - RƏSMİ