“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı

“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
SOSİAL
20:33 11.02.2026
388
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən "Nənəmin Təndiri" çörək emalı müəssisəsində yoxlama keçirilib.

İstehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub.

Baxış zamanı müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb.

Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.
OXŞAR XƏBƏRLƏR