Nənəsinin 3 min manatlıq qızılını oğurlayan nəvə saxlanıldı

Nənəsinin 3 min manatlıq qızılını oğurlayan nəvə saxlanıldı
SOSİAL
12:28 08.07.2019
2069
Tovuz rayonunda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, iyulun 4-də Tovuz Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N.Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR