Nepalda bir kişi yerli cadugərın tövsiyəsi ilə 10 yaşlı oğlanı öldürdüyünü etiraf edib.
AZXEBER.COM CNN-ə istinadən xəbər verir ki, cadugər bunu etməklə kişinin xəstə olan oğlunun sağalacağını deyib.
Üç gün əvvəl yoxa çıxan Civan Koharanın meyiti iyulun 24-də Nepalın cənubunda Kudiya kəndində tapılıb. Koday Harizan uşağın öldürülməsində yaxınlarının ona kömək etdiyini bildirib.
Onun sözlərinə görə, oğlanın öldürülməsini bir yerli sehrbaz məsləhət görüb.
Harizan və qohumları küçədə oynayan uşağı bir qutu peçenye və 50 rupi(49 sent) vəd etməklə aldadıb oğurayıblar.
Daha sonra onu kənddəki xrama gətirərək dini ritualları həyata keçiriblər. Üç kişi onu saxlayıb, biri isə başını kəsib.
Sehrbaz da daxil olmaqla cinayəti törətməkdə təqsirli bilinən 11 nəfər saxlanılıb,
Günahları sübut olunsa onları ömürlük həbs gözləyir.