Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətraf ərazilərdə baş verən güclü sel ciddi fəsadlara səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, fəlakət nəticəsində ölənlərin sayı 1003 nəfərə çatıb. Daha 3916 nəfərin itkin düşdüyü bildirilir. İtkinlər arasında 583 xarici vətəndaşın olduğu qeyd edilib.
Hazırda bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. İşlərə 21 mindən çox təhlükəsizlik əməkdaşı cəlb olunub.
Selin təsirinə məruz qalan ərazilərə yardım və zəruri ləvazimatlar göndərilir.
Çinin Tibet Muxtar Bölgəsində də sel nəticəsində ölənlərin sayının 16-ya yüksəldiyi açıqlanıb.
Gülay











































