Nepalda "teleqram"a giriş məhdudlaşdırıldı

Nepalda "teleqram"a giriş məhdudlaşdırıldı
DÜNYA
23:50 18.07.2025
229
Nepal hökuməti ölkədə "Teleqram" messencerinə girişin məhdudlaşdırılması barədə göstəriş verib.

Bu barədə Nepal Telekommunikasiya Təşkilatının rəsmi məlumatında bildirilib.

Qərar sosial şəbəkənin onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması üçün istifadə edilməsi ilə bağlı qeydə alınmış hallarla əlaqədardır. Telekommunikasiya operatorlarına dərhal məhdudlaşdırıcı tədbirlərin görülməsi tapşırılıb.

Təşəbbüs təhlükəsizlik orqanları ilə razılaşdırılıb.
 
/report
OXŞAR XƏBƏRLƏR