Nepalda torpaq sürüşməsi - 5 işçi həyatını itirdi

DÜNYA
11:38 02.12.2024
110
Nepalda asma körpünün tikintisində çalışan 5 fəhlə torpaq sürüşməsi nəticəsində həlak olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nepalın qərbindəki Rolpa rayonunda asma körpünün tikintisində işləyən 5 işçi baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olub.

Fəlakət işçilər asma körpünün tikintisi üçün çuxur qazarkən baş verib.

Hadisə zamanı 2 işçi qaçmağa müvəffəq olub, digərlərinin cəsədləri isə tapılıb.
 
Gülay
 

OXŞAR XƏBƏRLƏR