Nəqliyyat Nazirliyi ləğv edilir, Ziya Məmmədovun erası bitir

Nəqliyyat Nazirliyi ləğv edilir, Ziya Məmmədovun erası bitir
SOSİAL
18:18 08.03.2016
12500

Xəbər verdiyimiz kimi, Azərbaycanda Nəqliyyat Nazirliyinin səlahiyyətli azaldılıb. Daha öncə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsi, o cümlədən, bu sahədə Azərbaycan qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilib.

Lakin artıq Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik etməsi ilə yuxarıda sadaladıqlarımız Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində tətbiq ediləcək.

Əgər indiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə Nəqliyyat Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edibsə, bundan sonra bu sahədə Nəqliyyat Nazirliyi deyil, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görəcək.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, əslində bu, texniki məsələ idi: “Hələ səlahiyyətlər Nəqliyyat Nazirliyindən ötən ilin noyabr ayında alınaraq, Dövlət Yol Polisinə verilmişdi. Səlahiyyətlər Nəqliyyat Nazirliyində olduğu zaman insanlardan çoxlu şikayətlər olurdu. Hətta bir neçə dəfə nazirliyin əməkdaşları ilə vətəndaşlar arasında davalar da olub. Ancaq dəyişikliyi təsdiq edənlər yenə də səhvə yol veriblər, çünki daşıma şərtlərini pozan taksi və ya avtobus cərimə meydançasına aparıla bilməz. Cərimə meydançasına aparılma halları İnzibati Xətalar Məcəlləsinin 96-97-ci (köhnədə 406-407-ci) maddələrində sadalanır və orada daşıma şərtlərini pozma yoxdur. Əslində buna ehtiyac da yoxdur. Normal məntiq və sağlam təfəkkür də deyir ki, avtobus və ya taksi sürücüsü sərnişindaşıma şərtlərini pozarsa, ona cərimə yazılmalı və deyilməlidir ki, sərnişinləri düşür, avtobusunla (taksinlə) çıx get evinə (və ya qarajına), bu işlə məşğul olma. Cərimə meydançası sərnişindaşıma şərtlərini bərpa edəsi deyil”.
Bu kimi səlahiyyətlərin alınması nəticəsində Nəqliyyat Nazirliyinin bir qurum kimi ləğvinə gəlincə ekspert aşağıdakıları bildirib:
“Nəqliyyat Nazirliyində xeyli səlahiyyətlər var. Nazirlik hələ ki, mövcuddur və fəaliyyət göstərir. Gələcəyi isə dövlət başçısından asılı olan bir məsələdir. Əgər məqsədəuyğun olarsa, qurum kimi fəaliyyətini davam etdirəcək. Olmayacaqsa, sturuktur dəyişiklikləri aparılacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
15:37 02.06.2025
Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
15:35 02.06.2025
Qəzzada ölənlərin sayı 54 470 nəfərə çatdı
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
15:34 02.06.2025
Azər Türk Bank kartlardakı qalıqlar üzrə faiz kampaniyasını davam etdirir
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
15:31 02.06.2025
"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
15:23 02.06.2025
Türkiyəli DJ "Ginnes Rekordlar Kitabı"na düşüb - FOTOLAR
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
15:06 02.06.2025
Futboldan uzaqlaşdı, futzalda dünya ulduzu oldu - Təmkin Xəlilzadə kimdir?
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
14:49 02.06.2025
"Oğluma deyiblər ki, anandan pul götür gəl"
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
14:35 02.06.2025
İlham Əliyev Azərbaycan milli komandasının üzvlərini qəbul etdi
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
14:30 02.06.2025
Dünya Çempionatının bağlanışını Faiq Ağayev etdi
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
14:23 02.06.2025
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
14:06 02.06.2025
İş adamının faciəli sonu: Şir tərəfindən PARÇALANDI
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
13:59 02.06.2025
"Eldar Mahmudovu ölkədən çıxışı ilə bağlı qadağa yoxdur” - Vəkilindən açıqlama
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
13:59 02.06.2025
DİNİB “Qərbi Azərbaycan - Qədim Yurd” adlı layihənin icrasına başlayıb
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
13:57 02.06.2025
"Qızım soruşur ki, atamın yanındakı qadın kimdir?" - Vəfa ailəsindən danışıb ağladı
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
13:55 02.06.2025
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi
13:52 02.06.2025
Ermənistan polisinin rəisi vəzifəsindən azad edildi