Nəqliyyat Nazirliyinin bu səlahiyyətləri yeni quruma tapşırıldı

Nəqliyyat Nazirliyinin bu səlahiyyətləri yeni quruma tapşırıldı
SOSİAL
20:23 13.02.2017
1064
 
Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsəsən, Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
 
Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.
 
Ölkə başçısının imzaladığı digər sərəncama əsasən, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb.

Beləliklə, 2003-cü ildən Azərbaycanın nəqliyyat naziri vəzifəsini daşıyan Ziya Məmmədov vəzifəsini itirib.
 
Qeyd edək ki, Azərbaycan prezidentinin 2003-cü il 10 iyun tarixli 880 saylı fərmanı ilə Nəqliyyat Nazirliyi haqqında Əsasnamə təsdiq edilib və nazirlik fəaliyyətə başlayıb.
 
Əsasnaməyə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində  vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanı olub. Nazirlik həmçinin nəqliyyat-yol kompleksi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirib, bu sahəyə xarici sərmayənin cəlb edilməsini təmin edən tədbirlər görüb. Həmçinin nəqliyyat-yol kompleksi sahəsində dövlət proqramlarının, qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak edib.
 
Son bir neçə il ərzində nazirliyin tərkibinə daxil olan bir neçə struktur ondan ayrılıb, müstəqil qurum və ya başqa qurumların tabeliyinə verilib. Məsələn, prezident İlham Əliyevin 2015-ci ilin sentyabrın 18-də imzaladığı fərmanla "Azərbaycan Dəmir Yolları " Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.  Həmin ilin dekabrın 28-də "Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə sərəncam imzalayıb. Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə Nəqliyyat Nazirliyinin yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi səlahiyyətləri "Azəravtoyol”a verilib. Həmçinin, Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə "Fərqlənmə nişanı” və "Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda dəyişiklik edərək Bakıda sərnişin daşımaları ilə əlaqədar Nəqliyyat Nazirliyinin səlahiyyətlərini ləğv edib. Əgər bu qaydaya qədər avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı” və "Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyi tərəfindən verilirdisə, sözügedən qərardan sonra şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri "Fərqlənmə nişanı”nı Bakı Nəqliyyat Agentliyindən almağa başlayıb. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tərtərdə it sahibini parçalayıb
20:20 09.08.2025
Tərtərdə it sahibini parçalayıb
BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir
20:12 09.08.2025
BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
19:57 09.08.2025
Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb
“Xəyal edilməyəni siz real etdiniz”
19:43 09.08.2025
“Xəyal edilməyəni siz real etdiniz”
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
19:28 09.08.2025
Ağdaşda 35 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq