Nəriman Axundzadə ABŞ-a niyə gedə bilmir?

Nəriman Axundzadə ABŞ-a niyə gedə bilmir?
İDMAN
16:43 26.02.2026
346
Nəriman Axundzadənin ABŞ-yə yollanması vizadan çox, iş icazəsindən asılıdır.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Report-a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib.

O, Azərbaycan millisinin hücumçusunun sənədlərinin qaydaya düşməsini gözlədiklərini bildirib:

"Doğrusu, hazırda vizadan çox, Nərimanın iş icazəsinin həllini gözləyirik. Bu işlə də onun çıxış edəcəyi "Kolambus Kryu" komandası məşğul olur. Yaxın günlərdə bu məsələ həllini tapmalıdır. Bu məsələ düzələndən sonra viza tez bir zamanda düzələcək. Viza mövzusu narahatlıq yaratmır".

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.
OXŞAR XƏBƏRLƏR