Nəriman Axundzadənin klubu mövsümə məğlubiyyətlə başladı

Nəriman Axundzadənin klubu mövsümə məğlubiyyətlə başladı
İDMAN
14:18 22.02.2026
539
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış edəcəyi "Kolambus Kru” MLS-də (Major League Soccer) yeni mövsümə məğlubiyyətlə start verib.

Ohayo təmsilçisi mövsümün ilk turunda səfərdə "Portlend Timbers”lə qarşılaşıb və 3:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Nəriman Axundzadə hələ klubun düşərgəsinə qoşulmayıb, çünki vizasının alınmasını gözləyir. Azərbaycanlı futbolçu "Kolambus Kru” ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
 
 
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR