Nərimanov rayon sakinlərinin nəzərinə - Qaz kəsiləcək

Nərimanov rayon sakinlərinin nəzərinə - Qaz kəsiləcək
SOSİAL
09:48 31.07.2025
251
Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

AZXEBER xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerüstü qaz xətlərinin əvəzlənməsi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə iyulun 31-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Təbriz, T.Şıxəliyev, Ə.Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, M.Məmmədov və S.Y.Bakuvi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR