Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verib - VİDEO

Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verib - VİDEO
HADİSƏ
08:39 12.03.2025
169
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6kv.m. sahədə satış köşkü yanıb.

Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.
 

OXŞAR XƏBƏRLƏR