Nərimanovda Çernobl faciəsinin 30 illiyi ilə bağlı tədbir - Fotolar

Nərimanovda Çernobl faciəsinin 30 illiyi ilə bağlı tədbir - Fotolar
İQTİSADİYYAT
14:49 26.04.2016
1348
Nərimanov Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Öncə Çernobıl qəzasının dəhşətli nəticələrinin aradan qaldırılması zamanı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün soydaşlarımızın xatirəsi ehtiramla anılıb.
Rayon rəhbərliyi və rayonda yaşayan Çernobıl əlillərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Çernobıl faciəsinin törətdiyi böyük maddi və mənəvi zərərdən söz açaraq, faciənin bəşəriyyətə və sonrakı nəsillərə vurduğu ağır nəticələr barədə məlumat verib.
İ.Mahmudova düz 30 il əvvəl, yəni 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğının baş verərək alovun 3 bloku bürüdüyünü, hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv dumanın yarandığını və nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferinin zəhərləndiyini, qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirdiyini, onlardan çoxunun partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə cəlb edilmiş fəhlələr olduğunu, ümumilikdə faciə zamanı 7000-ə yaxın insanın həlak olaraq, 25 min nəfərin güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşdiyini və bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yarandığını qeyd edib.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev həmçinin, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlının da göndərildiyini və onların 2000 nəfərdən çoxunun şüalanmadan vəfat etdiyini xatırladıb.
Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra bu qəzanın ləğvində iştirak etdiyini və həmin faciədən zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Sərəncamlar imzaladığını xüsusi olaraq vurğulayan İ.Mirzəyev bunun ölkəmizdə Çernobıl əlillərinə diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Sonda Çernobıl əlillərinə yardım göstərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb