Nərimanovda Səməd Vurğunun yubileyi ilə bağlı festival

İQTİSADİYYAT
17:37 11.05.2016
1585
Nərimanov rayonunda Azərbaycanın xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunmuş festival keçirilib.
İcra hakimiyyətindən AZXEBER.COM-a daxil olan mıəlumata görə, festivalın keçirilməsində məqsəd Səməd Vurğunun həyat və yaradıcılığına məktəbliləri cəlb etmək, şagirdlərin istedadlarını və yaradıcılıq qabiliyyətlərini üzə çıxartmaq, onların mövcud potensiallarının reallaşdırılmasına şərait yaratmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, rayon ərazisində yerləşən orta ümumtəhsil müəssisələrinin 500 nəfər şagirdi iştirak edib. Çıxış edənlər Səməd Vurğunun həyat və yaradıcılığından danışıblar. Sonra bədii qiraət, inşa-yazı, dram əsərlərindən kiçik səhnəciklər və hekayə yazarlar nominasiyalar üzrə qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

OXŞAR XƏBƏRLƏR