Nərimanovdakı atışmanın iştirakçıları məlum oldu: Lotu Quli və Masallınskinin adamları

Nərimanovdakı atışmanın iştirakçıları məlum oldu: Lotu Quli və Masallınskinin adamları
SOSİAL
01:15 10.01.2017
1210
Polis silahlı qarşıdurmanın iştirakçılarını axtarır, gecə atışması isə dekabrda İstanbulda baş verən qanlı davanın davamıdır.
 
Yanvarın 9-na keçən gecə Nərimanov rayonunda baş verən atışmanı kriminal avtoritetlər Rafiq Eyvazov (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları törədiblər. Bu barədə Sputnik-ə kriminal dairələrə yaxın mənbələr məlumat verib. Report xəbər verib ki, bazar ertəsi, yanvarın 9-da Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki "Nənəmin Təndiri” kafesinin yaxınlığında 15-20 nəfər arasında atışma ilə nəticələnən kütləvi dava olub. Məlumata görə, kriminalistlər hadisənin baş verdiyi ərazidə Makarov tipli tapançadan atılmış gilizlər tapıblar. Bununla yanaşı, məlum olub ki, atışma Lotu Quli və Rafik Masallinskinin klanı arasında baş verib. Daha dəqiq desək, bu hadisələrə Masallinski səbəb olub. O, öz qisasını alırmış.
 
Kriminal dairələrə yaxın olan digər mənbənin sözlərinə görə, dekabr ayında Türkiyədə "qanuni oğru” Rafiq Eyvazov amansızlıqla döyülüb. Məhz Lotu Qulinin adamları Masallinskiyə qarşı zor tətbiq ediblər. İlkin məlumatlara görə, Eyvazovla Səlifov arasındakı münaqişə pul üstündə baş verib. Söhbət 200 min dollardan gedir. Əvvəllər, hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən Səlifovun qruplaşmasının tərkibində olan Eyvazov onunla bərk mübahisə edib və sonra qrupdan çıxdığını bəyan edib. Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul hava limanında qarsalayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla türk ortağı da olub. Restorandan çıxarkən Eyvazovu və tanışını tapança ilə təhdid edərək adam olmayan yerə aparıblar. Orada onların hər ikisini xüsusi amansızlıqla döyüblər və gizləniblər. Hadisə baş verəndən sonra Masallinski bir neçə gün xəstəxanada yatıb.
 
Məlumata görə, o, döyüldüyünə görə intiqam almağa söz verib. Belə bir məlumat da var ki, sözügedən qrupların Moskvada baş vermiş qarşıdurmasında bir azərbaycanlı öldürülüb. Bununla yanaşı, Nərimanov Rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları atışmada iştirak edən şəxslərin saxlanılması ilə məşğuldur. Məlumdur ki, baş vermiş hadisə zamanı yaralananlarla bağlı polisə xəstəxanalardan hər hansı məlumat daxil olmayıb. Məlumatlı mənbənin bildirdiyinə görə, atışma zamanı zərərçəkənlər var. Lakin onlar ələ keçəcəklərini nəzərə alaraq tibb müəssisələrindən yardım istəməyiblər. Read more: https://sputnik.az/azerbaijan/20170109/408364955/qanuni-ogrularin-baki-doyushu.html
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib
18:37 29.07.2025
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib