Nərminin konsert turnesi - VİDEO

Nərminin konsert turnesi - VİDEO
MAQAZİN
11:46 18.08.2025
176
Müğənni Nərmin Kərimbəyova yay mövsümündə istirahətdən çox sənətinə yer ayırıb. Sənətçi günlər öncə Azərbaycanın diyar guşələrində konsert proqramı ilə çıxış edib. 
 
AZXEBER.COM xəbər verir ki, "Xəzər Festival" ı Xəzər Televiziyası və "Coca-Cola" nın təşkilatçılığı ilə avqust ayı ərzində bölgələrdə keçirilir. Musiqili günlər artıq Gəncə, Qəbələ, şəhərlərində baş tutub. Davamlı olaraq Lənkəran, Sumqayıtda da gözlənilir. 
 
Festivaldan olduqca məmnun qalan Nərmin fikirlərini belə ifadə edib: "Sayca 2-ci konsert Qəbələdə keçirildi. Çıxışım böyük izdihamla qarşılandı. Səhnədən insanların mahnılarımı mənimlə birgə ifa etdiyini görürdüm. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Konsert çox səmimi keçdi. Doğma Qəbələ məni sevgi ilə qarşılayıb yola saldı".
 

OXŞAR XƏBƏRLƏR