Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdi

Nərminin ölümü yenidən araşdırılacaq - Baş prokuror göstəriş verdi
SOSİAL
13:43 29.08.2024
247
Ailədaxili zorakılığın və həkim səhlənkarlığının qurbanı olduğu iddia olunan Nərmin Mustafayevanın ölümü ilə bağlı xitam verilmiş cinayət işinin istintaqı yenilənib.

AZXEBER.COM xəbər verir ki,"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev göstəriş verib.
Nərminin atası Rafiq Mustafayev nümayəndəsi-hüquq müdafiəçisi Samir Zeynalovla birgə Baş prokurorla Şəkidə keçirilən qəbulda görüşüb. Valideyn məlumat verib ki, əri tərəfindən şiddətə məruz qalan 20 yaşlı qızı 2023-cü ilin mayın 27-də bədənin müxtəlif nahiyələrindəki ağrılar-dəqiqləşdirilməmiş qızdırma səbəbi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valideynin iddiasına əsasən, həkimlər gərəkli diqqət göstərmədiyi üçün 3 gün sonra orada vəfat edib.

R.Mustafayevin sözlərinə görə, qızı müayinə üçün zəruri tibbi avadanlıqların olmaması və gecikən müalicə nəticəsində vəfat edib. İş üzrə 3 dəfə ekspertiza təşkil olunub. Hər 3 ekspert rəyində həkimlərin səhlənkarlığı qeyd olunsa da, istintaq orqanı rəylər arasında ziddiyyəti əsas gətirərək təkrar ekspertiza keçirilməsini zəruri sayıb. Həmin ekspertizada ölümə hər hansı xəsarətin səbəb olmadığı qeyd olunub. Eyni zamanda Nərminin bədənində olan xəsarətlərin həyat yoldaşı tərəfindən yetirilməsi araşdırılmayıb. Həmçinin ata qızının yeni ailəsi tərəfindən həkimlərə təsir göstərildiyindən də şübhələnir.

Hadisədən sonra Balakən Rayon Prokurorluğunda həkimlərlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Lakin həmin cinayət işinə mayın 30-da xitam verilib. Xitam qərarı işdə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb.

Ailə isə bununla razılaşmır, qızlarının ölümünə düzgün hüquqi qiymət verilmədiyini düşünürlər. Onlar bu fikirlərini respublika prokuroruna da deyiblər.



Baş prokuror valideyni dinləyib, şikayətin təkrar dərindən araşdırılması ilə bağlı prokurorlara göstəriş verib.

Qeyd edək ki, Nərmin ölümündən 2 il əvvəl ailə qurmuşdu. Onun 1 övladı yadigar qalıb. Bu hadisə ilə bağlı dəfələrlə televiziya verilişlərində müzakirə gedib. Həm Nərminin əri, həm atası açıqlamalar verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib