Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı

Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı
MAQAZİN
17:25 08.01.2026
2841
Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda onun müalicə aldığı reabilitasiya mərkəzindən məlumat verilib. 

Qeyd edilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. 
 
Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.
 
Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR