Nəsimi rayon gəncləri təntənəli şəkildə hərbi xidmətə yola salındılar - Foto

Nəsimi rayon gəncləri təntənəli şəkildə hərbi xidmətə yola salındılar -  Foto
SOSİAL
12:55 10.10.2017
850

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamina əsasən, Respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə cağırış kompaniyasına start verilib. Bu yöndə rayonda müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də oktyabr ayının 9-da rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, "Şərq sarayı” restoranında keçirilmişdir.

AZXEBER.COM xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, sonra isə marş sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı zala gətirildi. 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları " And içirik” adlı ədəbi-bədii kompazisiyanın nümayişindən sonra hərbi xidmətə yola salınan gənclər Azərbaycan bayrağını öpərək müqqədəs Quranın altınan keçmişlər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağıriş üzrə Dövlət Xidməti Nəsimi rayon idarəsinin rəisi, polkovnik Eldəniz Əliyev çıxış edərək

bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin " Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci ilin oktyabr ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən, hərbi qulluqçuların ehtiyata buraxılması ” haqqında 05 sentyabr 2017-ci il tarixli, 3209 saylı Sərəncamına və "Azərbaycan Respublikasında Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında Azərbaycan Respublikası Qanununa əsasən ” Nəsimi rayonunda gənclərin həqiqi hərbi xidmətə çağırışına başlanılmışdır. Eldəniz Əliyev cıxış edərək Azərbaycan Silahlı Quvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Quvvələrin formalaşmasında və güclənməsində

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Quvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışdı.

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək hərbi xidmətə yola salınan gənclərə uğurlar arzuladı.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bidirdi ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bir həqiqət var ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Odur ki, Ümummilli Liderimiz Heydər Əliyev güclü ordunun yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edərək bu sahəni xüsusi nəzarətə götürmüş və qısa müddət ərzində çox böyük işlərin görülməsinə nail olmuşdur.

Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirərək hərbi sahəni daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan

Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Ən müasir hərbi texnika, silah – sursatla təchiz olunmuş Azərbaycan Milli Ordusu istənilən anda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu 02 aprel 2016-cı ildə keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübut etmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, bu gün orduda maddi texniki təchizatla yanaşı əsgərlərimizin döyüş ruhu və nizam – intizam olduqca yüksək səviyyədədir. Tarixi həqiqətdir ki, Dövlət – Xalq – Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır. Nəsimi rayon İcra Hakimiyyətində Milli Ordumuza qayğı daim diqqət mərkəzində saxlanılır. Tez – tez İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimayyətinin nümayəndələri cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər. Çıxışının sonunda natiq hərbi xidmətə yola salınan gənclərə vətənimizi şərəflə qorumağı arzulamışdır.

Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında mahnılar səslənmişdir.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb