Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar

Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar
KRİMİNAL
12:28 20.10.2025
112
Nəsimi rayonunda yerləşən evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb. 

Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR