Nəsimi RİH cəbhə bölgəsində Bayraq gününü qeyd etdi - FOTOLAR

Nəsimi RİH cəbhə bölgəsində Bayraq gününü qeyd etdi -  FOTOLAR
SİYASƏT
17:16 07.11.2015
1848

Dövlət Bayrağı günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar sənət adamları 05.11.2015-ci il tarixdə Daxili Qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində olmuş, əsgər və zabit heyəti ilə görüş keçirmiş, nümunəvi xidmət göstərən əsgərlərə mükafatlar təqdim etmişlər.

06.11.2015-ci il tarixdə nümayəndə heyəti rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişdir. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. O bildirmişdir ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı möhtəşəm Dövlət Bayrağı Meydanı Azərbaycandadır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şəraitdə hərbi hissənin şəxsi heyətinə şərəfli xidmətlərində uğurlar arzulamış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulamışdır. Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır. Sonra respublikamızın populyar müğənnilərinin - Sevil və Sevinc Səfərovaların, Abdul Xaliq Quliyevin iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib