Nəsimi rayonunda “Mənim prezidentim” adlı konsert olub - Fotolar

Nəsimi rayonunda  “Mənim prezidentim” adlı konsert olub - Fotolar
SOSİAL
22:19 12.04.2018
6262

11 Aprel - Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin böyük səs çoxluğu ilə qazandığı qələbə Nəsimi rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.

Səsvermənin ilkin nəticələri açıqlanan kimi rayon fəalları, sakinlər Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşkil etdiyi "Mənim Prezidentim” adlı möhtəşəm konsertə toplanıblar.

Bayram tədbirində bildirilib ki, yüksək seçici fəallığı ilə başa çatan prezident seçkiləri Xalq-İlham Əliyev birliyinin qələbəsi ilə nəticələnib.

 

İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, xalqın sosial rifah halının daha da yaxşılaşması vurğulanıb.

Tədbirdə Respublikanın tanınmış incəsənət ustalarının rəngarəng çıxışlarından sonra atəşfəşanlıq olub.

///Qafqazinfo.az

 

 

 


 


 

OXŞAR XƏBƏRLƏR