Nəsimidə “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı tədbir keçirilib

Nəsimidə “Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı tədbir keçirilib
SOSİAL
23:36 02.01.2019
7206
Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilir.

AZXEBER.COM xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Nizami Kino Mərkəzində  "Uşaqlar cəmiyyətimizin sabahıdır” adlı  keçirilən bayram tədbirində rayondakı 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan  əlil uşaqlar,  həmçinin şəhid, Qarabağ muharibəsi  veteranları ailələrindən və aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrdən -  ümumilikdə 500-dən artıq uşaq iştirak edib. 

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik edib. Gülarə Verdiyeva bildirib ki,  ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ötən əsrin 70-ci illərində respublikamıza rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirib, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görüb.

G.Verdiyeva çıxışına davam edərək qeyd edib ki, Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti  bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb. 

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin maraqlı, rəngarəng bayram konserti tədbir iştirakçılari tərəfindən maraqla qarşılanıb. Bayram şənliyi Şaxta babanın uşaqlarla səmimi söhbətləri və rəqsləri ilə davam edib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR