Nəsimili «Gənc İlhamçılar»ın Şəki şəhərində yay düşərgəsində istirahəti başa çatmışdır.

Nəsimili «Gənc İlhamçılar»ın Şəki şəhərində yay düşərgəsində istirahəti başa çatmışdır.
SOSİAL
10:36 03.08.2017
793

 

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən daha bir maraqlı layihə başa çatmışdır.


Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər -ümumi sayı 100 nəfər yeniyetmə üçün "Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti başa çatmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti və Şəki şəhər İcra Hakimiyyəti tərəfindən məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edən silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı intellektual oyunlar və debatlar təşkil edilmişdir. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin əyləncəli diskotekalarda istirahətlərini davam etdirmişlər.«Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi, kəndir dartma və digər maraqlı idman yarışlarında iştirak etmişdilər.

Düşərgədə məktəblilərin istirahəti üçün Şəki şəhərinin görməli mədəni tarixi yerlərinə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun "Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar. Daha sonra Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin Şəki ponaramasından şəhəri də maraqla seyr etmişdilər. «Gənc İlhamçılar»ın yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahəti başa çatmış və bununla əlaqədar Marxal İstirahət Mərkəzində Yay teatrında təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Şəki şəhər məktəblilərinin maraqlı konserti ilə başlamış daha sonra "Gənc İlhamçılar”ın xüsusi hazırlanmış rəqsi ilə davam etmişdir.

Təntənəli bağlanış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, "Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu

bildirmiş, ölkə başçısının yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmışdır.

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov çıxış edərək məktəblilərin vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində Nəsimi rayon məktəblilərinin «Gənc İlhamçılar» düşərgəsinin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasınının vacibliyini qeyd etmiş və dövlətimiz tərəfindən uşaq və yeniyetmələrlə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır.

Sonra düşərgədə keçirilən bilik və idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə hədiyyələr və xatirə medalları, həmçinin uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.

Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU