Nəsrullah öldüyü yerdə torpağa tapşırılacaq - Hizbullah rəsmisi açıqladı

DÜNYA
13:12 07.10.2024
216
Hizbullahın yüksək rütbəli rəsmisi Mahmud Kamati İsrailin hücumu nəticəsində öldürülən Həsən Nəsrullahın dəfn olunduğu yeri açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o bildirib ki, Nəsrullahın dəfn mərasimi dünyasını dəyişdiyi Dahiyə şəhərində keçiriləcək.
  
Açıqlamadan əvvəl Nəsrullahın cənazəsinin yenidən Beka vadisində torpağa tapşırılacağı ehtimal edilirdi.

Kamati həmçinin bildirib ki, Hizbullah yeni baş katib seçilənə qədər bir komitə tərəfindən idarə olunacaq.
 
O, komitədə kimlərin olması barədə məlumat verməyib.

Qeyd edək ki, Həsən Nəsrullahın varisi və yeni rəhbər olmağa əsas namizəd Haşim Seyfəddin İsrailin hücumu səbəbindən itkin düşüb.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR