İsrailin Baş naziri Binyamin Netanyahu Almaniya kansleri Fridrix Mertslə telefon danışığı aparıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Telefon danışığı zamanı Netanyahu Almaniyanın İsrailə silah tədarükü üçün embarqo tətbiq etmək qərarına görə məyusluğunu ifadə edib və bu addımı "terrorizmin təşviqi” kimi qiymətləndirib.
"İsrailin məqsədi Qəzzanı işğal etmək deyil, oradan HAMAS-ın hakimiyyətini ləğv etmək və orada sülh hökumətinin formalaşması üçün şərait yaratmaqdır”, — Netanyahu vurğulayıb.