Netanyahu: "Biz Livana qarşı güclü addımlar atmağa hazırıq"

Netanyahu: "Biz Livana qarşı güclü addımlar atmağa hazırıq"
DÜNYA
14:11 05.06.2024
122
İsrailin baş naziri Benyamin Netanyahu Livan sərhədinə səfəri zamanı ölkəsinin şimalda son dərəcə güclü hərəkətə hazır olduğunu açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu həftə Livandan atılan raketlər nəticəsində İsrailin şimalında bir çox bölgədə yanğın baş verib. 

Yanğınlar 20 saatlıq səydən sonra söndürülüb.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Livanla sərhədinə səfər edərək, güclü addımlar atmağa hazır olduqlarını açıqlayıb.

İsrail Baş Qərargah rəisi Herzi Halevi dünən verdiyi açıqlamada İsrailin Livan sərhəddinə hücum etməyə hazır olduğunu və qərarın verilməli olduğu nöqtəyə yaxınlaşdıqlarını bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR