İsrailin baş naziri Benyamin Netanyahu bir neçə ölkənin Fələstin dövlətçiliyini tanımaq qərarını rədd edib.
Bu barədə Netanyahunun ofisinin yaydığı qısa bəyanatda bildirib.
"Bəzi liderlərin Fələstin terroruna utanc verici şəkildə təslim olması İsraili heç nəyə məcbur etməyəcək. Fələstin dövləti qurulmayacaq", - bəyanatda deyilir.