Netanyahu: Ən çətin günlərdən birini yaşadıq

Netanyahu: Ən çətin günlərdən birini yaşadıq
DÜNYA
13:53 23.01.2024
126
Qəzza zolağında daha 21 İsrail əsgəri öldürülüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu dünən Qəzza zolağında 21 İsrail əsgərinin öldürülməsi ilə bağlı X sosial media platformasında açıqlama verib.

Ölən əsgərlərin ailələrinə başsağlığı verən Netanyahu ən çətin günlərdən birini yaşadıqlarını bildirib: "Dünən müharibənin başlamasından bu yana ən çətin günlərdən birini yaşadıq".

Qəzzaya hücumların "mütləq qələbə" əldə olunana qədər davam edəcəyini deyən Netanyahu, İsrail ordusunun "fəlakət" olaraq xarakterizə etdiyi vəziyyətlə bağlı araşdırma başlatdığını da deyib.

Qeyd edək ki, İsrail qüvvələri blokada altındakı Qəzza zolağında davam edən qarşıdurmalarda daha 21 əsgərinin həlak olduğunu açıqlayıb.

İsrail prezidenti İsaak Hersoq da 21 İsrail əsgərinin öldürülməsi ilə bağlı mesajında ​​bu səhərin onlar üçün "dözülməz dərəcədə çətin olduğunu” bildirib.
 
Günel
OXŞAR XƏBƏRLƏR