Netanyahu Ər-Riyad hava limanına hücumu pisləyib

Netanyahu Ər-Riyad hava limanına hücumu pisləyib
DÜNYA
19:05 11.10.2026
103
İsrailin Baş naziri Benyamin Netanyahu Ər-Riyad Beynəlxalq Hava Limanına hücumu pisləyib, ölənlərin ailələrinə başsağlığı verib və terrorizmə qarşı qətiyyətli mübarizəyə çağırıb.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X” sosial şəbəkəsində yazıb.

Netanyahu Ər-Riyad hava limanına hücumu "dəhşətli terror aktı” adlandırıb. O, hücum nəticəsində 12 günahsız insanın öldüyünü, yüzlərlə şəxsin yaralandığını bildirib və ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verib.

İsrailin Baş naziri terrorizmin dinc insanları hədəf aldığını, qorxu və qeyri-sabitlik yaratmağa çalışdığını qeyd edib. O, terrorizmə qarşı qətiyyətlə mübarizə aparmağa çağırıb.

Netanyahu həmçinin Yaxın Şərqin təhlükələrə qarşı birgə mübarizə aparan, sakinlərini qoruyan, təhlükəsizlik, əməkdaşlıq və rifaha əsaslanan gələcək quran güclü region olmasını istədiklərini vurğulayıb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR