Netanyahu girovlar üçün əlavə vaxt tələb etdi - İsrail danışıqları təxirə sala bilər

DÜNYA
14:51 25.02.2025
247
 
İsrail hazırkı girov və atəşkəs razılaşmasının birinci mərhələsini daha 42 gün uzatmaqla danışıqları təxirə salmaq istəyir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin Kan 11 telekanalı açıqlayıb.
 
Vaşinqtonda İsrailin strateji işlər naziri Ron Dermer və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Avi Vitkoffun sədrliyi ilə keçirilən danışıqlarda həm birinci mərhələnin uzadılması, həm də ikinci mərhələnin çərçivəsi müzakirə edilir.

Netanyahunun hökuməti ilə bu görüşlərin nəticələrindən asılı olaraq kritik strateji qərarlar verməsi gözlənilir.
 
Lakin tərəflər arasında hələlik qəti razılıq əldə olunmayıb.

İsrail israr edir ki, HƏMAS azad edilməsi planlaşdırılan ölmüş girovlar üçün heç bir mərasim keçirməyəcəyinə zəmanət verməlidir.
 
Dermerin baş nazir Netanyahuya və nazirlər qrupuna Vaşinqton danışıqlarının nəticələri barədə məlumat verəcəyi, gələcək addımlarla bağlı strateji qərarların veriləcəyi gözlənilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR