Netanyahu: Hücumlar davam edəcək

Netanyahu: Hücumlar davam edəcək
DÜNYA
14:44 25.08.2025
231
İsrailin Baş naziri Benyamin Netanyahu husilərə qarşı hücumların davam edəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu bunu Yəmənin paytaxtı Sənaya endirilən hava hücumlarından sonra bildirib.

Netanyahu qeyd edib ki, husilər İsrailə ballistik raketlər və pilotsuz təyyarələrlə cavab hücumlarına görə ağır bədəl ödəyəcəklər.
 
"Kim bizə hücum etsə, biz də onlara hücum edəcəyik. Düşünürəm ki, bütün region İsrailin gücünü və qətiyyətini anlamağa başlayıb", - deyə o deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR