Netanyahu İrana xəbərdarlıq etdi - “Hücumlara cavabdeh İrandır”

Netanyahu İrana xəbərdarlıq etdi - “Hücumlara cavabdeh İrandır”
DÜNYA
20:10 23.08.2023
224
İsrailin baş naziri Benyamin Netanyahu son günlər işğal altındakı İordan çayının qərb sahilində yaşayış məntəqələrini hədəf alan silahlı hücumların artmasında İranı günahlandırıb.

AZXEBER.COM xarici mətbuata istindla xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallant ilə birlikdə Hebron şəhərində bir nəfərin ölümü, digərlərinin ağır yaralanması ilə nəticələnən silahlı hücumun baş verdiyi yerə baş çəkib. O bildirib ki, İsrail İranın dəstəklədiyi hücumlarla üz-üzədir. 

Netanyahu İran və onun uzantıları tərəfindən təşviq edilən, istiqamətləndirilən və maliyyələşdirilən hücumlarla üzləşdiklərini iddia edib.
 
Baş nazir qeyd edib ki, qatilləri tutmaq üçün gecə-gündüz çalışırlar. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR