Netanyahu iranlıları təbrik etdi

Netanyahu iranlıları təbrik etdi
SİYASƏT
10:48 21.03.2025
427

İsrail Baş naziri Benyamin Netanyahu İran xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, Netanyahu təbrik videosu yayımlayıb.

Videomüraciətdə deyilir:

"Mən İran xalqına xoşbəxt Novruz arzulamaq istəyirəm. Sizə sağlamlıq, xoşbəxtlik, rifah və hər şeydən əvvəl azadlıq diləyirəm. Qoy bu il rialın həqiqi dəyər qazandığı, sizə həqiqətən xeyir arzulayanlarla, o cümlədən mənim ölkəm - İsraillə dostluq ili olsun. Qoy bu il zülmdən azad olmaq, ehtiyacdan azad olmaq, yaşamaq və seçim etmək azadlığı ili olsun".

OXŞAR XƏBƏRLƏR