Netanyahu: İsrail çox böyük bir nailiyyətin astanasındadır

Netanyahu: İsrail çox böyük bir nailiyyətin astanasındadır
DÜNYA
17:18 05.10.2025
744
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzzada saxlanılan bütün girovların "yaxın günlərdə” azad ediləcəyinə ümidlidir.

Bu barədə The Times of Israel yazıb.

O, ABŞ Prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymağı hədəfləyən planının birinci mərhələsi çərçivəsində baş tutacaq danışıqlardan öncə nikbin olduğunu nümayiş etdirib.

Netanyahu qısa bildirib ki, İsrail çox böyük bir nailiyyətin astanasındadır və bu, ABŞ-ın vasitəçiliyi ilə irəliləyən planın mühüm mərhələsidir.

Netanyahu bunları da söyləyib: "Bu hələ yekun deyil. Biz bunun üzərində ciddi şəkildə işləyirik. Ümid edirəm ki, Tanrının köməyi ilə yaxın günlərdə, bütün girovların – həm sağ, həm də həlak olmuşların, bir anda geri qaytarıldığını elan edə biləcəyik. Bu zaman İsrail Müdafiə Qüvvələri (IDF) hələ də Qəzzanın dərinliklərində yerləşəcək”.

Netanyahu əlavə edib ki, İsrailin danışıqlar qrupu Qahirəyə göndərilib və orada "girovların azad edilməsinin texniki detallarını” müəyyənləşdirəcək. Onun sözlərinə görə, həm Qüds, həm də Vaşinqton "bu danışıqların cəmi bir neçə gün davam etməsini” planlaşdırır.

O, razılaşmanın ikinci mərhələsində "HAMAS-ın silahsızlaşdırılacağını və Qəzza zolağının demilitarizasiya ediləcəyini” bildirib. Netanyahu xəbərdarlıq edib: "Bu, ya diplomatik yolla, Tramp planına uyğun şəkildə, ya da hərbi yolla – bizim tərəfimizdən həyata keçiriləcək.”
 
//apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU
13:53 18.09.2026
İctimai nəqliyyatda sıxlığın qarşısı necə almaq olar – VİDEOSORĞU