Netanyahu: İsrail Ərəb ordusunun İordaniyanın qərbində mövcudluğuna icazə verməyəcək

Netanyahu: İsrail Ərəb ordusunun İordaniyanın qərbində mövcudluğuna icazə verməyəcək
DÜNYA
00:00 14.10.2026
119
İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İordan çayının qərb sahilində mümkün hücumlara, o cümlədən Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələrinin silahlarını İsrail əsgərlərinə qarşı çevirəcəyi ssenariyə hazır olduğunu bildirib.

Baş nazir İsrailin mümkün hücumlara ağlagəlməz cavablar verəcəyini qeyd edib: "Düşmənlərimiz bu günlərdə, seçkilərdən əvvəl bizi sınamaq barədə düşünürlər. Biz istənilən ssenariyə hazırıq".

O, Fələstin təhlükəsizlik qüvvələrinin İsrail əsgərlərinə hücumuna sərt cavab veriləcəyini deyib: "Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələri uzun illərdir ki, Qərb Şəriyədə asayişi qorumaq üçün İsraillə əlaqələndirmə işləri aparır və onların şəxsi heyəti tərəfindən israillilərə hücumlar nadir hallarda baş verir".

Netanyahu həmçinin İsrail ordusunun əvvəllər silahlı qruplara qarşı genişmiqyaslı əməliyyatların aparıldığı Tulkarm bölgəsi üzərində nəzarəti saxlayacağını açıqladı.

O, İsrail ərazisi, Qərb sahili və Qəzza zolağına işarə edərək "İordan çayının qərbində ərəb ordusu olmayacaq" ifadəsini işlədib: "İordan çayından dənizə qədər əraziyə nəzarət edirik. Torpaq, nəzarət bizdədir".

Tulkarm bölgəsi sahil düzənliyinə yaxınlığına görə İsrail üçün strateji əhəmiyyət kəsb edir. Qərb Sahili ilə Aralıq dənizi arasındakı məsafə bu yerdə təxminən 15 km aralıdadır. Bu da ərazini təhlükəsizlik baxımından xüsusilə həssas edir.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR